Yuxarı

Silahlı hücum: iki soydaşımız güllələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silahlı hücum: iki soydaşımız güllələndi

Azərbaycanlıların kompakt yaşadığı və Tiflis şəhəri yaxınlığında yerləşən Poniçala (Soğanlıq) kəndində iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. İnsident bu gün günortadan sonra baş verib.

Ölən şəxslər Rusiyada əldə etdikləri "KAMAZ" markalı maşınlarını təmir üçün həmin kənddəki usta yanına gətiriblər. Yaralanan şəxsin Marneulidən olduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar.

Poniçala (Soğanlıq) kənd sakinləri APA-ya açıqlamalarında hadisənin aprelin 12-də baş verdiyini təsdiqləyiblər. Onlar 45-46 yaşlı Habil Səmədov və Vaqif Vəliyev adlı iki nəfərin yaşıl rəngli "OPEL" maşınında olan naməlum adamlar tərəfindən güllələndiyini bildiriblər. Sakinlər həmçinin güllələnən şəxslərin Poniçalanın (Soğanlıq) "Dərə" məhəlləsində yaşadıqlarını bildiriblər. Gürcüstan daxili işlər nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 109-cu (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.

Tarix
2016.04.14 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla