Yuxarı

İrəvan Rusiyadan “ermənicə” üz döndərir - Ayrumyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Rusiyadan “ermənicə” üz döndərir - Ayrumyan

Ermənistanın uzun illər qorxu içərsində yaşaması ona belini düzəltmək imkanı vermirdi ki, dünya ilə bərabər şəkildə danışsın. Ermənistan Putini uzun müddət "böyük qardaş"ı hesab edirdi, o, "hər şeyi görən göz idi". Gümrüdə rus əsgərinin erməni ailəsini doğraması Rusiyanın nəyə qadir olduğunu göstərdi. Xalq qəzəblənmişdi, sanki rus hərbi bazasını parça-parça edəcəkdi.

Axar.az xəbər verir ki, bu haqda İragir.am saytının şərhçisi Naira Ayrumyan bildirib. Bu erməni şərhçi də Qarabağdakı son uğursuzluqda Rusiyanı günahlandırıb, Rusiyanın az qala Ermənistanın əvəzinə Qarabağda da döyüşməli olduğunu iddia edib:

"O hadisədən sonra Rusiyanın hər şeyə qadir olduğu, Moskvanı qəzəbləndirməməyin vacibliyi barədə Ermənistanda qorxu vardı. Ancaq aprel müharibəsi bu qorxunu üstələdi. Məlum oldu ki, Rusiya bizim düşməni silahlandırır. Məlum oldu ki, Rusiya bizim düşmənimizin müttəfiqidir və ötən gün İrəvanda Rusiya səfirliyinin önündə izdihamlı mitinq keçirildi. Səfirliyə atılmış iki yumurta Ermənistanın siyasi Pasxasını simvollaşdırdı".

Müəllif Ermənistanda Rusiya mifi yox olduğunu, Rusiyaya qarşı nifrət yarandığını bildirib:

"Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatından Ermənistanın çıxmaq barədə ərizəsi parlamentə göndərilib. Bu, misli görünməmiş bir addımdır. Yeni mərhələ keçmiş sovet blokunun dağılmasından başlayır", - Ayrumyan qeyd edib.

Xatırladaq ki, aprel uğursuzluğundan sonra ermənilərin Rusiyanı günahlandırması rus politoloq və media təmsilçilərini də qıcıqlandırıb. Onlar Türkiyə və Azərbaycan arasında blokadada yaşayan İrəvanın Rusiyadan çoxsaylı güzəştlər, o cümlədən, ucuz qaz, investisiyalar, güzəştli kreditlər qopardığını, pulsuz hərbi arsenal aldıqlarını, ermənilərin Rusiyada yaşayıb-işlədiklərini, imtiyazlar əldə etdiklərini xatırladaraq, buna baxmayaraq, Rusiyanın Ermənistanın işğal etdikləri torpaqlarda da vuruşması və Qarabağı Azərbaycandan alıb, Ermənistana vermək tələblərinin "ermənicə bir həyasızlıq" olduğunu bildiriblər.

Tarix
2016.04.15 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla