Ana səhifə Planet |
Rusiya Yaxın Şərqdə qan tökülməsinə son qoymağa və siyasi həll üçün şərait yaratmağa çağırır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Zorakılığın daha da artmasına və vəziyyətin nəzarətdən çıxmasına səbəb olan addımlardan çəkinməyə çağırırıq. Bu münaqişədə qaliblər olmayacaq. Vəziyyətin normallaşmasına aparan yol qan tökülməsinin dayandırılmasından və Fələstin-İsrail münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda siyasi həlli üçün şəraitin yaradılmasından keçir. O, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur”, - o bildirib.
O qeyd edib ki, yalnız belə bir həll Yaxın Şərqdə davamlı sülhə zəmanət verə bilər.
Tarix
2024.11.01 / 10:58
|
Müəllif
Zeynəb Əkbər
|