Yuxarı

Bu, Gürcüstan üçün fəlakət olacaq - Fyodorov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü Arzusunun qələbəsinin tam təsdiqlənməsi AB-nin cavab addımlarına səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“AB-nin atacağı ilk addımlardan biri vizasız rejimin ləğvi olacaq. Tiflis üçün bu, fəlakət olacaq, çünki bütün Gürcüstan iqtisadiyyatı indi buna əsaslanır: səyahət etmək, almaq və Rusiyaya satmaq imkanı. Vizasız gediş-gəlişin ləğvi Gürcü Arzusuna qarşı əhalinin sərt reaksiyasına səbəb ola bilər. Gürcüstanda seçkilərlə bağlı vəziyyətin necə bitəcəyini öyrənmək yəqin ki, bir aya yaxın vaxt aparacaq. Gürcüstanda hələ ki, ciddi etirazların olmaması müxalifətin və Qərbin gözləməsi deməkdir. Və Gürcü Arzusunun qələbəsi təsdiqlənərsə, irimiqyaslı mitinqlər başlaya bilər. Qərb Gürcü Arzusu ilə əməkdaşlıq etməyəcək. Parlamentə daxil olan müxalifət partiyaları artıq mandatlarından imtina edib. Gürcü Arzusu qalib gəlsə və hökumət qursa, AB və ABŞ bunun qeyri-legitim olduğunu bəyan edəcək. Belə bir qapalı dairə. Və bu dairə hamını bu və ya digər mövqe tutmağa məcbur edir. Aydınlıq olmayanda yenə də nəyəsə hazırlaşmalı və mövqe tutmalısan. Ona görə də “Cənubi Qafqazı sülh, təhlükəsizlik və əməkdaşlıq gözləyir” demək hələ doğru deyil”, - o bildirib.

Tarix
2024.11.01 / 11:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Pedro Sançez də Bakıya gəlir

Həsən Şeyx Mahmud Azərbaycana gəlir

Milyonlarla tonluq neftimizi 34 ildir daşıyan kimdir?

Azərbaycanda bu seçki təxirə salındı

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi

ABŞ-dan COP29-a kimlər gələcək?

Erməni jurnalistdən Azərbaycan çayı ilə bağlı paylaşım

Bakının marağına kim uyğundur: Tramp, yoxsa Harris?

İndicə Trampla danışdım: 5 gün qaldı, dua edirəm…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla