Yuxarı

Bulvarda gəmi gəzintisi bərpa edildi: qiyməti... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:32

Bu gün 2 illik fasilədən sonra bulvarda gəmi gəzintisinin bərpası ilə bağlı ictimai təqdimat keçirilib.

Axar.az xəbər verir ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticədə gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi. Əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni marşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir.

İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq, gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb. Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib.

Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti təmin edir.

Tarix
2024.11.01 / 12:18
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla