Yuxarı

Nikol Putinin “qucağına” qayıdır: Rus sənədinə səs verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Putinin “qucağına” qayıdır: Rus sənədinə səs verdi

Noyabrın 11-də BMT Baş Assambleyasının 3-cü Komitəsi nasizm qəhrəmanlığına qarşı mübarizə haqqında Rusiya qətnaməsini qəbul edib. Ermənistanın da qətnamənin lehinə səs verməsi isə birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Paşinyan iqtidarının illərdir Rusiyaya qarşı təbliğat aparmasına diqqət çəkib.

“Həmişə rusiyayönlü qətnamələrin əleyhinə səs verən və ya müxtəlif beynəlxalq strukturlarda səsvermədə bitərəf qalan Nikol Paşinyan indi nəinki lehinə səs verir, hətta sənədin həmmüəllifdir. Ekspertlər Bayden administrasiyasının dəyişməsindən və Rusiyanın regionda təsirinin genişlənməsindən sonra Paşinyanın Putinin “qucağına qayıdacağını” və daha absurd situasiyalarla üzləşəcəyini proqnozlaşdırırdılar”, - nəşr bildirib.

Qeyd edilib ki, sənədin “həmmüəllifləri” Ermənistan, Belarus, Çin, Mali, Şimali Koreya və s. ölkələrdir. Qətnamənin əleyhinə isə 54 ölkə, o cümlədən Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Macarıstan, Yaponiya və başqaları səs verib.

Ümumilikdə sənəd 116 ölkənin (11 ölkə bitərəf qalıb) səsi ilə qəbul edilib.

Tarix
2024.11.13 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla