Yuxarı

Tramp kimləri vəzifəyə təyin edir? - Ermənilər sevinir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp kimləri vəzifəyə təyin edir? - Ermənilər sevinir

Demokratları dəstəkləyən və Kamala Harrisin qələbəsinə yatırım edən ABŞ-dakı erməni diasporunun fiaskosu və Donald Trampın seçilməsi erməni ekspertlərin ciddi narahatlığına səbəb olmuşdusa, yeni administrasiyada yüksək vəzifələrə namizədlikləri irəli sürülən şəxslər onlarda "ümid" yaradıb.

Axar.az xəbər verir ki, erməni ekspert Suren Sərkisyan hətta Ermənistan üçün “yeni üfüqlər” açıldığını iddia edib.

“Trampın gələcək administrasiyası çox sürətlə formalaşır. Dövlət katibi vəzifəsinə namizəd Vaşinqtonda Çinə qarşı sərt mövqeyin tərəfdarlarından olan senator Marko Rubiodur. Rubionun erməni icması və təşkilatları ilə yaxşı əlaqələri var. O, dəfələrlə Türkiyə və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı olduğunu bildirib.

Təhlükəsizlik müşaviri vəzifəsinə namizəd konqresmen Mayk Valsdır. Vaşinqtonun Çinə qarşı ən sərt tərəfdarlarından biridir. O, dəfələrlə Türkiyə və İrana qarşı sərt siyasətin tərəfdarı kimi çıxış edib.

İcra hakimiyyətinin səmərəli işinin təşkili şöbəsinə İlon Mask və ermənipərəst Vivek Ramasuami rəhbərlik edəcək.

Milli kəşfiyyata qatı ermənipərəst olan Tulsi Qabbard rəhbərlik edəcək.

Erməni gündəmini irəli sürməkdə erməni icması, erməni təşkilatları, lobbiçilər və kilsə üçün yeni üfüqlər açılır”, - o bildirib.

Tarix
2024.11.14 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla