Yuxarı

Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!

Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna və Gürcüstanın NATO-ya sürətlə daxil olmasını dəstəkləməmək qərarını düzgün hesab edir.

Axar.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, “Azadlıq. Xatirələr 1954 - 2021" xatirələrində yazıb.

Keçmiş kanslerin fikrincə, Ukrayna və Gürcüstana NATO-ya Üzvlük üzrə Fəaliyyət Planının verilməsi ölkələrin bloka daxil olması ilə bağlı geridönməz öhdəlik demək olardı:

"Yeni üzvün qəbulu təkcə onun deyil, həm də NATO-nun özünün təhlükəsizliyini yaxşılaşdırmalıdır. Putinin mövqeyini nəzərə almadan Ukrayna və Gürcüstan üçün bu statusu müzakirə etməyi kobud səhlənkarlıq hesab etdim".

Merkel yazır ki, Rusiya Prezidenti Vladimir Putin hər iki ölkəni bloka daxil etmək vədini müharibə elanı kimi qəbul edərdi.

O, ölkənin NATO-ya qəbulu üçün meyarların mövcudluğunu xatırladıb ki, bu meyarlar onun hərbi potensialı ilə yanaşı, daxili strukturun xüsusiyyətlərini də nəzərə alır.

Merkel qeyd edib ki, Ukrayna alyansa qoşulsa, onun hərbi strukturları Rusiya ilə birbaşa təmasda olacaq, çünki Qara Dəniz Donanmasının birləşmələri Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşirdi.

Xatırladaq ki, 2008-ci ildə NATO-nun Budapeştdə keçirilən sammitində o vaxtkı ABŞ Prezidenti Corc Buş Ukrayna və Gürcüstanın alyansa yeni üzvlərin qəbulu proqramına – NATO-nun Üzvlük üzrə Fəaliyyət Planına - qoşulmasını təklif edib, lakin Merkel və Fransanın sabiq lideri Nikolya Sarkozi buna qarşı çıxıb.

Tarix
2024.11.21 / 12:13
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla