Yuxarı

Rusiya olmasa, Ermənistan yaşaya bilməz – Tolstoy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya olmasa, Ermənistan yaşaya bilməz – Tolstoy

Ermənistanın gələcəyi, müstəqilliyi, ölkə gənclərinin taleyi bu gün respublikanın indiki hökumətinin bəzi fiqurlarının öz ciblərinə doldurduqları milyonlarla dollardan qat-qat qiymətlidir.

Axar.az xəbər verir ki, bunu Moskvada keçirilən “Rusiya-Ermənistan” ictimai forumunda Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy deyib.

“Ermənistanda gənclər Ermənistan-Rusiya münasibətlərində hadisələrin necə inkişaf etdiyini izləyir və əslində seçim qarşısındadırlar. Bu geosiyasi situasiyada, təbii ki, bir şirnikləşdirmə var - Qərb düşərgəsinə qoşulmaq. Lakin bu, qlobal miqyasda yanlış seçimdir. Tarixdə elə məqamlar olub ki, Rusiya köməyə gəlib, faktiki olaraq Ermənistanı xilas edib. Mənə elə gəlir ki, ümumi tariximiz də bu gün gənc nəslin etdiyi seçimlərə, Ermənistanın prinsipial olaraq edəcəyi seçimlərə təsir etməlidir. Avropa arzusunun təzyiqi altında Avropada olmaq istəyirsiz, yoxsa həqiqətən Monte Karlo olmaq istəyirsiz? Dostlar, təəssüf ki, bunların heç biri olmayacaq”, - o bildirib.

Tolstoy qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi Qərbin onlara diktə etdiyi qaydalarla oynamağa çalışır:

“Amma Rusiya Qərblə qlobal qarşıdurmada qalib gələcək və hər halda ümid edirəm ki, onların etdiyi seçim bizim çoxəsrlik dostluğumuzun xeyrinə olacaq. Demək istəyirəm ki, Rusiya olmadan Ermənistan bir dövlət kimi sağ qala bilməz”.

Tarix
2024.11.29 / 17:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla