Yuxarı

Rusiyanı Azərbaycanla birləşdirən yol... - Lukaşuk

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın regionlarını Azərbaycanla birləşdirən "Qafqaz" avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Qafqaz” Federal Avtomobil Yolları İdarəsi” Federal Dövlət Müəssisəsinin rəisi Aleksandr Lukaşuk məlumat verib.

"Bu gün bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə daxil olan R-217 "Qafqaz" əsas yoludur. Bütün "Qafqaz" yolu 2030-cu ilə qədər dördzolaqlı olacaq", - o, Pyatiqorskda jurnalistlərə bildirib.

Hazırda yolun 75-85 %-i dördzolaqlıdır.

A.Lukaşuk həmçinin qeyd edib ki, ümumilikdə Şimali Qafqaz federal dairəsindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizində avtomobil yolu dördzolaqlı olacaq. Söhbət R-215 yolunun bir neçə hissəsinin R-217 yolu ilə birləşdirilməsindən gedir.

"Bu yolla ("Qafqaz") ən çox turist axını və yük daşımaları həyata keçirildiyi üçün bu istiqamətə xüsusi diqqət yetirilir", - o izah edib.

Yolla birlikdə onun üzərindəki körpülər də genişləndiriləcək.

R-217 "Qafqaz" Krasnodar diyarının Pavlovskaya kəndindən Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar kəndinə qədər uzanan avtomobil yoludur. Uzunluğu 1,118 min kilometr olan yol Krasnodar və Stavropol diyarlarından, eləcə də Şimali Qafqaz federal dairəsinin respublikalarından keçir.

Tarix
2024.12.03 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla