Yuxarı

Müxalifət liderləri Kobaxidze ilə debatdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxalifət liderləri Kobaxidze ilə debatdan imtina etdi

Gürcüstanın tanınmış müxalifət liderləri - keçmiş xarici işlər naziri Mixail Canalidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli Baş nazir İrakli Kobaxidze ilə teledebatdan yayınıblar.

Axar.az xəbər verir ki, onlar bu addımı teledebata bir neçə saat qalmış atıblar.

Baş nazir İrakli Kobaxidze bununla əlaqədar keçirdiyi brifinqdə deyib ki, “radikal müxalifət” dəqiq bilir ki, onların deməyə sözü yoxdur:

“Bu iki şəxs iki arifmetik orta “millətli”dir. Biz düşünürdük ki, onlarla müzakirə ictimaiyyətə həqiqəti müəyyən etməyə imkan verərdi. Onların ictimai müzakirədən imtina etməsi yalnız bir şey deməkdir - həqiqət bizim tərəfimizdədir və hər hansı ictimai müzakirədən məhz buna görə qorxurlar”.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 3-də bəyanatla çıxış edərək hakim komandanın noyabrın 28-də verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirələr keçirməyə hazır olduğunu bəyan edib və müxalifət liderlərini ölkənin İctimai Televiziyasında teledebata çağırmışdı. Dekabrın 3-də müxalifət nümayəndələri Mixail Canalidze və Tinatin Xidaşeli teledebatda iştirak edəcəklərini bildirmişdilər. Teledebat dekabrın 4-də saat 22:00-a təyin olunmuşdu. Bu gün günün ikinci yarısında isə hər iki müxalifət lideri debatdan imtina ediblər.

Tarix
2024.12.04 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla