Azərbaycanda ömürlük həbs olunanların sayı açıqlandı
20:53
Ana səhifə Planet |
Cənubi Koreya polisi dekabrın 3-4-də ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ölkənin Müdafiə Nazirliyinin Kəşfiyyat Komandanlığının hazırkı və keçmiş rəhbərlərini saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Renhap” agentlıiyi məlumat yayıb.
Polisin xüsusi istintaq qrupu həm hazırkı komandir Mun Sanq Honu, həm də keçmiş rəis No San Vonu saxladıqlarını bildirib.
Mun Sanq Ho dekabrın 3-də parlamentə əvvəlcədən qoşun göndərməkdə şübhəli bilinir, çünki hərbçilər prezidentin rəsmən hərbi vəziyyət elan etməsindən cəmi iki dəqiqə sonra əraziyə gəliblər. Ehtimal edilir ki, komandir prezidentin planından xəbəri olub və ya hətta hərbi vəziyyətin tətbiqinə hazırlıqda iştirak edib.
Tarix
2024.12.15 / 18:01
|
Müəllif
Axar.az
|