Yuxarı

Çində dünyanın ən böyük qar dünyası sərgisi açıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimal-şərqindəki Heyluncian vilayətinin inzibati mərkəzi olan Harbin şəhərində 26-cı buz və qar dünyası sərgisi işə başlayıb.

Axar.az xəbər verir ki, təxminən bir milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 300 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Bu fiqurlar arasında müxtəlif ölkələrdəki məşhur memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var.

Dünyanın ən böyük buz və qar sərgisinin davam edəcəyi günlərdə fantaziya şouları, virtual reallıq layihələri təşkil olunacaq, turistlər rəqəmsal incəsənət muzeyinə baş çəkə biləcəklər.

Qeyd edək ki, Harbin buz və qar dünyası sərgisi ötən il sahəsinin böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Ötən il sərgini 2,7 milyon nəfər ziyarət edib. Budəfəki sərginin sahəsi daha 25 faiz genişləndirilib. Martın əvvəlinədək davam edəcək Harbin sərgisi Çində populyar qış turizmi tədbiridir.

Tarix
2024.12.22 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla