Yuxarı

Cənubi Koreyada bütün uçuşlar ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında “Jeju Air” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Chungan Ilbo” nəşri məlumat yayıb.

Koreya Hava Limanları Korporasiyasının məlumatına görə, səhər saat 10:00-da Çecuya uçmalı olan “Jeju Air 7C341” reysinə qeydiyyat dayandırılıb. Bundan başqa, saat 13:35-də Çecuya planlaşdırılan “Jin Air LJ467” reysi, saat 16:50-də Siem Reapa yerinə yetirilməli olan “Cambodia Airways KR542” reysi, eləcə də Banqkoka olan “Jeju Air 7C2215” və Taybeyə olan “Jin Air LJ747” reysləri də ləğv edilib.

"Həmin gün Muan Beynəlxalq Hava Limanına gəlməli olan reyslərin hamısı ləğv edilib", - nəşr yazır.

Qeyd edək ki, “Jeju Air” aviaşirkətinin Banqkok-Muan reysini yetirən yetirən Boinq-737-800 təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.

Tarix
2024.12.29 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq... - ABŞ

Rusiya əlindən gələni edəcək ki, Bakı və İrəvan... - Səfir

Surinam prezidenti İlham Əliyevə başsağlığı verdi

Rusiya Azərbaycandan alır, amma Ermənistan…

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Azərbaycanda generala yüksək vəzifə verildi

Mehriban Əliyeva: Qoy, Yer üzündəki bütün azərbaycanlılar...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Gürcüstan azərbaycanlıları buna görə üzr tələb edir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla