İsrail hökuməti də atəşkəsi təsdiqlədi
01:19
Ana səhifə Planet |
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağından olan ilk əsirlərin planlaşdırıldığı kimi yanvarın 19-dan etibarən azadlığa çıxacağını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu haqda “Tayms of İsrail” məlumat yayıb.
HƏMAS-la İsrail tərəfi arasında əldə olunmuş razılaşmaya görə, bazar günü HƏMAS üç əsiri azad etməlidir. Razılaşmanın ilkin mərhələsində qruplaşma ümumilikdə 33 əsiri sərbəst buraxmağı öhdəsinə götürüb.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında əldə olunmuş barışıq haqda saziş İsrailin Hərbi Kabineti və Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
Tarix
2025.01.17 / 19:41
|
Müəllif
Axar.az
|