Yuxarı

Orban: AB rəhbərliyi sərxoş vəziyyətdədir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orban: AB rəhbərliyi sərxoş vəziyyətdədir!

Avropa Birliyi (AB) ciddi böhran içindədir, lakin onun rəhbərliyi bunu görmək istəmir və sanki sərxoş haldadır.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ölkəsinin 2024-cü ilin ikinci yarısında AB Şurasına sədrliyinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Orban hesab edir ki, AB-də böhran bir gecədə yaranmayıb, lakin Brüssel bunu görməməyə üstünlük verir:

"Avropa Birliyi ayılmalıdır, amma hələ də sərxoşdur. O, sülh yox, müharibə istəyir. O, sərhədin mühafizəsini deyil, miqrantları istəyir. Ailələri yox, genderi qoruyur. O, sərfəli enerji yox, yaşıl siyasətlər istəyir".

Onun fikrincə, AB ABŞ və Asiya ölkələri ilə rəqabətdə uğursuzluğa düçar olduğu halda, onun rəhbərliyi Brüsseldə mümkün qədər çox güc cəmləşdirməyə çalışaraq özü üçün yeni səlahiyyətlər əldə edir:

"2000-ci ildə qərara gəldik ki, 2010-cu ilə qədər AB dünyanın ən rəqabətqabiliyyətli biliyə əsaslanan iqtisadiyyatına çevrilsin. Bu, Lissabon strategiyası idi. Harada olduğumuzu görürük. Sonra konkret inkişaf məqsədləri ilə "Avropa 2020" strategiyası ortaya çıxdı. Kağız üzərində qaldı. Sonra yaşıl keçid planı gəldi. Beş il sonra uğursuz oldu".

Tarix
2025.01.20 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla