Yuxarı

Pensiyalar iki istiqamətdə artır: nə vaxt artımla veriləcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Bildirilib ki, həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.

Tarix
2025.01.28 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya getdi, Putinə yalvardı, bu da nəticəsi…

Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan

Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

Azərbaycanla dialoqun tərəfdarıyıq - Friden

Ombudsmandan seçkilərlə bağlı açıqlama

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Fərid Qayıbov Samir Şərifovun müavini oldu

Zakir Həsənov səs vermək üçün növbədə gözlədi - Foto

Putinlə Paşinyan arasında sərt telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla