Yuxarı

SEPAH üçüncü yeraltı raket bazasını nümayiş etdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH üçüncü yeraltı raket bazasını nümayiş etdirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması strateji cənub sularında esminesləri vurmaq üçün nəzərdə tutulmuş qanadlı raketlərin yerləşdiyi yeni yeraltı bazasını nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami ötən gün İranın cənub sahilindəki “raket şəhəri”nə səfər edib. Səfər zamanı Salami yeni obyektdə SEPAH Hərbi Dəniz Qüvvələrinin raket bölmələrinin döyüş hazırlığını yoxlayıb.

Yeraltı bazada yerləşən təkmilləşdirilmiş raketlər həmçinin elektron döyüş texnikası ilə təchiz edilib və ən qısa müddətdə istifadəyə verilə bilər.

Bildirilib ki, bu, 1 ay ərzində istifadəyə verilən üçüncü raket bazasıdır.

Tarix
2025.02.02 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla