Yuxarı

Putinə təriflər, Ukraynanın ərazi güzəşti… - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinə təriflər, Ukraynanın ərazi güzəşti… - Zelenski

ABŞ-ın ritorikasının məqsədi indi Kreml diktatoru Vladimir Putini razı salmaq və müəyyən “sülh sazişi”nin bağlanmasını sürətləndirməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski ARD telekanalına müsahibəsində deyib.

Zelenski gələcək sülh danışıqları zamanı Rusiyaya ərazi güzəştləri perspektivini şərh edərək, Ukraynanın hüquqi olaraq öz ərazilərindən imtina etməyəcəyini vurğulayıb.

O, həmçinin ölkəsinin Rusiya tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal və ilhaq edilmiş hissələrinin bir gün yenidən milli ərazinin bir hissəsi olacağına əminliyini ifadə edib:

“Əlbəttə, biz hər şeyi qaytaracağıq. Beynəlxalq hüquqa hörmət qayıdacaq. Bu gün deyilsə, sabah”.

ABŞ-ın müdafiə naziri Pit Heqsetin 2014-cü il sərhədlərinə qayıtmağın Ukrayna üçün qeyri-real olduğuna dair sözlərini şərh edən Zelenski deyib ki, Pentaqonun rəhbəri təfərrüata varmalıdır: “Düşünürəm ki, bunun üçün ona vaxt lazımdır”.

“ABŞ bu gün Putinin həqiqətən bəyəndiyi şeylər deyir. Məncə, əsas məsələ budur. Çünki onun xoşuna gəlmək istəyirlər. Bilirsiniz niyə? Bir-biri ilə görüşmək və tez bir zamanda uğur əldə etmək üçün. Atəşkəs uğur deyil”, - deyə dövlət başçısı qeyd edib.

Zelenski həmçinin hesab edir ki, Ukraynanın NATO-ya potensial üzvlük məsələsi müharibəyə son qoymaq üzrə danışıqlar prosesindən kənarda qala bilməz.

Tarix
2025.02.18 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla