Yuxarı

Ağ Evdə “faciəvi görüş”: Respublikaçılar şokdadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evdə “faciəvi görüş”: Respublikaçılar şokdadır

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə Oval kabinetdəki qalmaqallı görüşü senator və konqresmenləri şoka salıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, görüş Trampın və vitse-prezident Vensin davranışından dəhşətə gələn demokratları qəzəbləndirib. Bu, bəzi respublikaçıları da incidib.

Nümayəndələr Palatasının üzvü, respublikaçı Don Bekon bu görüşü “Amerikanın xarici siyasəti üçün pis gün” adlandırıb.

“Ukrayna müstəqillik, azad bazarlar və qanunun aliliyini istəyir. O, Qərbin bir parçası olmağa çalışır. Rusiya bizə və Qərb dəyərlərimizə nifrət edir. Biz azadlığın tərəfdarı olduğumuzu açıq şəkildə bildirməliyik”, - Bekon vurğulayıb.

Konqresmen Mayk Loyler görüşü “xüsusilə Ukrayna üçün fəlakət” kimi qiymətləndirib.

“Təəssüf ki, bu gün yeganə qalib Vladimir Putindir”, - o əlavə edib.

Respublikaçıların böyük əksəriyyəti bu görüşü “ABŞ və Ukraynanın hər ikisi üçün məğlubiyyət” hesab edib.

Demokratlar isə demək olar ki, birmənalı şəkildə bütün günahı Donald Tramp və Vensdə görürlər.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Tarix
2025.03.01 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla