Yuxarı

Ağ Evdə müşaviri göz yaşı içində Zelenskiyə yalvarırdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evdə müşaviri göz yaşı içində Zelenskiyə yalvarırdı...

23:07

Mətbuat getdikdən sonra tərəflər ayrı-ayrı otaqlara çəkildilər. Mən, Dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli şəxslər prezidentə məsləhət gördük ki, Oval ofisdəki bu təhqirdən sonra biz sadəcə olaraq necə irəliləyə biləcəyimizi görmürük.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “Foks Nyus”a ABŞ və Ukrayna liderləri arasında mübahisədən sonra qapalı görüşün olub-olmaması haqda deyib.

Ukrayna prezidentinin artıq Ağ Evi tərk etməli olduğu barədə mesajı çatdırmaq üçün Uolts onun olduğu otağa gedib.

Zelenskinin baş verənləri dərk edib-etməməsi ilə bağlı sualına Uolts belə cavab verib:

“Xeyr, başa düşmədi. Düzünü desəm, onun komandası bunu bacardı. Onun səfiri və müşaviri praktiki olaraq göz yaşları içində idilər, hər şeyin ölü nöqtədən tərpənməsini istəyirdilər. Amma Zelenski yenə də mübahisə etdi”.

Uoltsun sözlərinə görə, Zelenskiyə bəzi sözləri deyə bilib:

“Ona dedim ki, burada zaman sizin tərəfinizdə deyil, döyüş meydanında vaxt sizin tərəfinizdə deyil, qlobal vəziyyət baxımından zaman sizin tərəfinizdə deyil və ən əsası ABŞ-ın yardımı və vergi ödəyicisinin səbri sonsuz deyil”.

O əlavə edib ki, Zelenski “şəhərdə yeni şerifin olduğunu” başa düşmədi:

“Bu, yeni prezidentdir və biz dünyaya yeni yanaşma nümayiş etdirmək niyyətindəyik”.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra görüşün qapalı davam edəcəyi bildirilib. Lakin Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Tarix
2025.03.01 / 23:38
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla