Yuxarı

Ağ Evlə bağlı ikinci “oyun”: Şoyqu əliboş döndü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilən zaman Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin paytaxtı Pekinə səfər etmişdi.

Axar.az xəbər verir ki, bunu Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Oval ofisdə yaşanan Tramp-Zelenski gərginliyinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Şoyqu Rusiya hakimiyyətində Çini ən yaxşı tanıyan şəxslərdən biridir və coğrafi yaxınlıq səbəbindən bu ölkə ilə çox güclü əlaqələrə malikdir:

“Heç təsadüfi deyil ki, Şoyqu müdafiə naziri olduğu dövrdə Rusiya və Çin arasında hərbi əlaqələr gücləndi. Rusiya Prezidenti Vladimir Putin Şoyqunu Pekinə göndərməklə çox doğru seçim etdi. Ancaq Pekin hökuməti dünən faktiki olaraq oyun oynadı. Şoyqu Çin rəsmilərinə israrla Ukraynadakı müharibə haqqında danışırdı, Çin rəhbəri isə ikitərəfli münasibətlərin inkişafına yönəlik açıqlamalarla kifayətləndi”.

Z.Əmrəliyev deyib ki, dünən Ağ Evdə baş tutan görüş və Şoyqunun Pekin səfəri rus mediasında çox da sevincli qarşılanmayıb:

“Belə başa düşülür ki, Sergey Şoyqu Ukrayna ilə bağlı Çindən istədiyini ala bilməyib. Zelenski rus mediası tərəfindən çox sərt formada tənqid edilirdi. Bu da gözlənilən idi. Ancaq maraqlı olan odur ki, Çinin Ukrayna ilə bağlı siyasəti də dünən Rusiyada bir neçə verilişdə tənqid olunub. Nəticə olaraq Moskva Pekindən konkret mövqe gözləyir”.

Tarix
2025.03.02 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama

Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri

Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir?

Azərbaycanlı döyüşçüdən Putinə müraciət - Video

Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla