
ÇL: PSJ "Liverpul"a qalib gəldi
02:42
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukraynanın Moskvaya kütləvi PUA hücumu ATƏT-in baş katibinin səfəri ilə bağlıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, yüksək səviyyəli xarici nümayəndə heyətinin Moskvaya səfərinin Ukrayna PUA hücumu ilə müşayiət olunmsına dair ilk hadisə deyil. Bu gecə də ATƏT-in baş katibi Moskvaya səfər edəndə Kiyev rejimi dronları paytaxta yönləndirib”, - o bildirib.
Qeyd edək ki, ötən gecə Moskva şəhəri və Moskva vilayəti üzərində 91 PUA zərərsizləşdirilib. Bu, 2025-ci ildən bəri Moskva şəhəri və Moskva vilayətinə edilən ən böyük hücumdur.
Ümumilikdə isə Ukrayna ordusu bu gecə 337 PUA ilə Rusiyanın 10 vilayətinə hücum edib.
Tarix
2025.03.11 / 11:29
|
Müəllif
Zeynəb Əkbər
|