Yuxarı

Putinin xahişi ilə işdən çıxarılan Kelloqa yeni vəzifə verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin xahişi ilə işdən çıxarılan Kelloqa yeni vəzifə verildi

ABŞ Prezidenti Donald Tramp general Keyt Kelloqu Ukrayna üzrə xüsusi nümayəndə təyin edib.

Axar.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.

Tramp deyib ki, Kelloq birbaşa Ukrayna Prezidenti Vladimir Zelenski və bu ölkənin rəhbərliyi ilə işləyəcək:

"General Keyt Kelloqun Ukraynaya xüsusi elçi təyin edildiyini sizə xəbər verməkdən məmnunam. Çox hörmətli hərbi ekspert olan general Kelloq birbaşa Prezident Zelenski və Ukrayna rəhbərliyi ilə işləyəcək. O, onları yaxşı tanıyır və onların çox yaxşı işgüzar münasibətləri var".

Qeyd edək ki, daha öncə yayılan məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp Moskvanın xahişi ilə Keyt Kelloqu Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsindən uzaqlaşdırıb.

Tarix
2025.03.15 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla