Yuxarı

Putin Ukraynanın bu ərazilərinə iddiadan əl çəkir – Şərti...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ukraynanın bu ərazilərinə iddiadan əl çəkir – Şərti...

Rusiyanın dövlət başçısı Vladimir Putin martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayının qapalı hissəsində bildirib ki, ilhaq edilmiş bölgələr Rusiyanın ərazisi kimi tanınsa, Moskva Odessaya iddia etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov məlumat yayıb.

Putin görüşdə deyib ki, Rusiya 2022-ci ildə Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəni başlamazdı, əgər Qərb Krımı Rusiyanın tərkibində qəbul etsəydi və Donetsk və Luqanskın muxtariyyətini tanısaydı.

“Kommersant”ın mənbələri bildiriblər ki, hazırda danışıqlarda söhbət Rusiyanın əldə etdiklərini əlindən almağın mümkünsüzlüyündən və Rusiyanın tərkibində tanınmalı olan ərazilərdən gedir: Krım, Sevastopol və dörd məlum ərazi – “Luqansk və Donetsk xalq respublikaları”, Xerson və Zaporojye vilayətləri”.

“Görüş iştirakçılarının dediyinə görə, əgər bu, yaxın zamanda baş verərsə, Rusiya Odessaya və hazırda Ukraynaya məxsus olan digər ərazilərə iddia etməyəcək”, - Kolesnikov bildirib.

Tarix
2025.03.19 / 11:36
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla