Yuxarı

Miqrant ölümlərinin sayı rekord həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Miqrant ölümlərinin sayı rekord həddə çatdı

2024-cü ildə dünya üzrə miqrantların ölüm sayı təxminən 9 min nəfərə çatıb ki, bu da son beş ilin ən yüksək göstəricisidir.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.

Təşkilatın məlumatına görə, 2024-cü ildə miqrasiya marşrutlarında 8938 nəfər ölüb. Lakin real ölüm sayı daha yüksək ola bilər, çünki bir çox hadisələr sənədləşdirilməmiş qalır.

Ən çox ölüm halları Asiyada – 2788 nəfər, Afrikada – 2242 və Aralıq dənizi regionunda – 2452 nəfər qeydə alınıb. Avropada bu göstərici 233 nəfər təşkil edir.

İlkin məlumatlara görə, Amerikada azı 1233 miqrant ölüb ki, bunlara Karib regionunda rekord sayda 341 hadisə və Daryen körfəzini keçərkən 174 ölüm halı daxildir.

BMT vurğulayıb ki, ölənlərin əksəriyyətinin kimliyi müəyyən edilməyib.

Tarix
2025.03.21 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla