Yuxarı

ABŞ-ın Ermənistandakı bioloji laboratoriyaları sərhədimizdədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Ermənistandakı bioloji laboratoriyaları sərhədimizdədir?

Ermənistanda Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən biolaboratoriyalarla bağlı məsələ erməni mediasında bir neçə gündür yenidən gündəmə gətirilib.

Axar.az xəbər verir ki, bir neçə gün öncə erməni müxalif fəallar bu biolaboratoriyalarla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi önündə aksiya da keçirmişdilər.

Erməni mediası yazır ki, 1990-cı illərdən bir sıra postsovet ölkələrində ABŞ Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə çoxsaylı bioloji laboratoriyalar yaradılıb. ABŞ Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən DTRA agentliyi postsovet ölkələrində fəaliyyət göstərən bu laboratoriyaları maliyələşdirir, həmçinin sözügedən ölkələrə, o cümlədən Ermənistana müvafiq mütəxəssislər göndərir, bioloji tədqiqatlar aparır. Agentliyin illik büdcəsi 2 milyard dolları ötür.

Qeyd edilib ki, 2024-cü ilin yanvarında Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-a səfəri zamanı Ermənistanda 13-cü biolaboratoriyanın açılması ilə bağlı Pentaqonla müqavilə imzaladığı barədə məlumat yayılıb.

“Müxtəlif mənbələrə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən biolaboratoriyalar Göyçə, Şirak, Lori, Tavuş, Armavir, Ararat, Zəngəzur bölgələrində fəaliyyət göstərir”, - erməni mediası vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.

Tarix
2025.03.25 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla