Yuxarı

O, tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya diktatoru Vladimir Putin tezliklə öləcək, onda hər şey bitəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Avrovision Nyus"a (Eurovision News) verdiyi müsahibədə rusiyalı həmkarı Vladimir Putin barədə danışarkən deyib.

“Onun qorxduğu əsas şey – cəmiyyətdə sabitliyin pozulmasıdır. Amma heç kim buna təsir edə bilməz. Buna o özü - onun iqtisadiyyatı, sanksiya siyasəti təsir edəcək. O, bütün ərazilərə nəzarət edə və qoruya bilmir - bütün bunlar müxtəlif qüvvələrin birləşməsi ilə nəticələnəcək, əgər bizim tərəfdaşlarımız indki qədər güclü olsalar və fövqəlgüclərini deyil, sadəcə, real güclərini tətbiq etsələr. Putinə təzyiq etsələr, cəmiyyətdə sabitlik pozulacaq. Putin də məhz bundan qorxur”, - Zelenski bildirib.

Onun fikrincə, Putinin qorxduğu bir şey də var - gücünü itirmək:

"“Bu, həm də cəmiyyətin sabitliyindən, eyni zamandan, onun yaşından asılıdır. O, tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək. Yəni onun məsələsi özünün tamamilə uğursuz tarixi həyatını başa vurmamış bitə bilər. Onun qorxduğu da budur. Həmçinin tənhalıqdan da qorxur".

Tarix
2025.03.27 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı kralı İlham Əliyevi təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Leyla Əliyevadan Ramazan bayramı təbriki - Video

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

Ziraatxan Mirziyayeva Mehriban xanımı təbrik etdi

Ərdoğan İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla