
Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək - Fərman
13:06
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.
Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tarix
2025.03.30 / 12:08
|
Müəllif
Axar.az
|