Yuxarı

Yoxlamalardan sonra yeni direktor təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoxlamalardan sonra yeni direktor təyin edildi

Ötən ay yoxlamaların aparıldığı Respublika Endokrinoloji Mərkəzinə yeni direktor təyin olunub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun əmri ilə bu vəzifəyə Kəmalə Ağayeva gətirilib.

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzində əməliyyat keçirilməsi barədə məlumat yayılmışdı.

Nəticədə bir neçə vəzifəli şəxsin – Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi qeyd olunurdu.

Baş Prokurorluq və TƏBİB Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yaymışdı. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Lakin Mərkəzinin keçmiş direktoru Nərmin İsmayılova əməliyyatın inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirildiyini, əməliyyat nəticəsində saxlanılan olmadığını, barəsində səslənən ittihamların yalan olduğunu açıqlamışdı. Bildirmişdi ki, əməliyyatdan sonra özü və baş həkim Ülviyyə Əhmədova işdən öz ərizələri ilə çıxıblar.

Tarix
2025.04.01 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla