Yuxarı

Sumqayıt-Bakı qatarı adam vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, qəza nəticəsində qatar hərəkətinə gecikmə ilə davam edib:

"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər".

Tarix
2025.04.01 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla birgəyaşayış formulunu tapmalıyıq - Xandanyan

Pezeşkian Əliyevə məktub göndərdi

Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Prezident Lü Tzyançaonu qəbul etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Erik Ceykobs Bakıya gəldi

Bakı və İrəvan arasında sülhün çox böyük əhəmiyyəti var

Almaniya prezidentinin şərəfinə rəsmi nahar verildi

Zəngəzur dəhlizinin açılması... – Əsədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla