Yuxarı

Azərbaycanlılar Türkiyədəki bu kənddən çıxarıldı - Səs yazısı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Türkiyədəki bu kənddən çıxarıldı - Səs yazısı

X sosial şəbəkəsinin Türkiyə seqmentində yayılan səs yazısı ölkə gündəmində ciddi müzakirələrə səbəb olub.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, platformanın “söhbət otağı” adlandırılan və istifadəçilərin gündəmi müzakirə etdiyi bir qrupda azərbaycanlıların yaşadığı kəndlə bağlı deyilənlər birmənalı qarşılanmayıb.

Kürdlərdən ibarət qrupda “Kurd” istifadəçi adı ilə qoşulan Erhan adlı şəxs Qars vilayətinin Diqor rayonunda azərbaycanlıları yaşadıqları kənddən çıxarmaq üçün bəzi yollara əl atdıqlarını söyləyib.

“Diqorda 40-a yaxın kənd vardı, birində azərbaycanlılar yaşayırdılar. Biz də dedik ki, bunların arasında azərbaycanlıların kəndi olmamalıdır. Onların su mənbəyinə təzək tökdük, çıxıb getdilər. Onları sürgün etdik, ərazilərini ödənişsiz şəkildə aldıq”, – həmin şəxs qeyd edib.

Onun sözlərinə görə, kənd Ermənistanla sərhəddə yerləşir.

Sözügedən səs yazısı X-da sürətlə paylaşılıb. Çox sayda şəxs paylaşımlara münasibət bildirib. Rəylərin əksəriyyətində bu vəziyyətin 30 ildən çox davam etdiyi vurğulanır. Bəziləri Türkiyənin şərq bölgəsindəki türk kəndlərində vəziyyətin uzun illərdir gərgin olduğunu, azərbaycanlılar da daxil bir çox türklərin kürdlər tərəfindən təhdid edildiyini, xoşagəlməz addımlarla üzləşdiyini bildiriblər. Yazanlar arasında həmin ərazidə yaşadığı və sırf bu məsələlərə görə ailəsi ilə birlikdə digər bölgələrə köçdüklərini bildirənlər də var. Bir qisim sözügedən şəxsin iddialarının doğru olmadığını desə də, çoxu şərq bölgəsindən türklərin bu səbəbdən digər vilayətlərə köç etdiyini, kürdlərin onlardan qalan əraziləri ələ keçirdiyini və burada çoxaldığını yazır.

Qeyd edək ki, Diqorda ümumilikdə 19 min 872 nəfərin yaşadığı, 7 min 473-nün bölgənin mərkəzində, qalanlarının isə kəndlərdə məskunlaşdığı bildirilir.

Tarix
2025.04.01 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla