Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Tarix
2025.04.01 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla