
Türkiyədə ardıcıl zəlzələ baş verdi
22:43
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Çexiyanın paytaxtı Praqada park ərazisində kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan hər iki şəxs həlak olub.
Axar.az xəbər verir ki, bunu Praqa şəhər polis idarəsinin nümayəndəsi Riçard Qrdina deyib.
"Bazar günü Praqanın şimal-qərbindəki Letnyan parkında kiçik şəxsi təyyarə qəzaya uğrayıb və gələn tibb işçiləri təyyarənin göyərtəsində olan hər iki şəxsin öldüyünü təsdiqləyiblər. Təyyarə qəzasında başqa heç kim xəsarət almayıb. Yanğınsöndürmə briqadası qəza yerindədir, təyyarədə mümkün partlayış və ya yanğın zamanı vəziyyətə nəzarət edir",- o bildirib.
Tarix
2025.09.07 / 19:07
|
Müəllif
Axar.az
|