Yuxarı

Rusiyanın hücumu: 4 ölü, 44 yaralı... – Zelenski açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçilərinin gecə saatlarında Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 4 nəfər ölüb, 44 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığından sonra deyib.

"Bu gün mən Emmanuel Makronla danışdım. Biz gecə saatlarında Rusiyanın sərt atəşə tutulmasını müzakirə etdik. Təəssüf ki, Ukraynada 4 nəfər həlak olub, 44-dən çox insan yaralanıb", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, xilasedicilər və fövqəladə xidmətlər hələ də bütün ölkə ərazisində hücumun nəticələrini aradan qaldırır:

"Biz diplomatik səylərimizi, gələcək addımlarımızı və müvafiq cavabı təmin etmək üçün tərəfdaşlarla təmaslarımızı əlaqələndirmişik. Fransa ilə birlikdə müdafiəmizi gücləndirmək üçün yeni tədbirlər hazırlayırıq".

Tarix
2025.09.07 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla