Yuxarı

Toy sahibi bütün qonaqlarından pul yığıb, ona verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toy sahibi bütün qonaqlarından pul yığıb, ona verir

Son vaxtlar yas mərasimlərində ehsan verilməsinin dayandırılması, yaxud minimuma endirilməsi ilə bağlı təbliğat aparılır. Bu, doğru və yerində atılmış addımdır.

Axar.az xəbər verir ki, bu sözləri VHP sədrinin müavini Samir Əsədli deyib.

“Amma bir sual açıq qalır: yas məclisləri ilə bərabər niyə toyların ifrat dəbdəbəsinə qarşı təbliğat aparılmır? Bu gün şadlıq saraylarında bir nəfərə düşən “masa xərci” 100–300 manata qədər qalxıb. Toy edən ailə bütün qonaqlarından topladığı vəsaiti yeni ailənin gələcəyinə deyil, bir neçə saatlıq mərasimə xərcləyir, bəzən o vəsait də çatmır, borclu qalır. Yəni toy sahibi bütün qonaqları ilə birləşib, faktiki olaraq şadlıq sarayı sahibinin cibini doldurur.

“Restoran mafiyası” illərdir ailələri qeyri-şəffaf qaydalarla məcburi xərclərə sürükləyir: məcburi menyular, vergidən kənar gizli ödənişlər, “öz musiqiçin olmaz”, “öz fotoqrafın olmaz” kimi qadağalar… Hər biri ailələrin üzərinə əlavə yükdür.

İsrafçılıqla mübarizə seçmə xarakter daşımamalıdır, ədalətli olmalı, həm yas, həm də toylarla bağlı eyni yanaşma göstərilməlidir. Şəffaf qiymətlər, sərbəst xidmət seçimi, sadə və səmərəli toy mədəniyyətinin təşviqi - bunlar həm ailələri borcdan qoruyar, həm də cəmiyyətin mənəvi dəyərlərinə uyğun mühit yaradılar”.

Tarix
2025.09.07 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla