14:22
80 mindən çox müsəlman Ramazan bayramı münasibətilə Moskva məscidi və ətrafında namaz qılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müsəlmanlarının Ruhani İdarəsi məlumat yayıb.
"Bazar günü Ramazan bayramında 80 mindən çox müsəlman Moskva məscidində, İslam kompleksinin ərazisində və yaxınlıqdakı küçələrdə namaz qılıb. Məscidin özündə 10 minə yaxın ibadət yeri var. İctimai asayişin pozulması halı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
***
Ramazan bayramında 230 mindən çox insan Moskva məscidlərini və ibadət yerlərini ziyarət edib.
Bunu Moskvanın milli siyasət və regionlararası əlaqələr şöbəsinin müdir müavini Konstantin Blajenov deyib.
“Rəsmi məlumatlara görə, Moskva məscidlərini 208 min insan ziyarət edib. Daha bir neçə min yerli müsəlman şəhərdə yerləşən digər ibadətxanalara toplaşıb. Müxtəlif hesablamalara görə, 230 mindən bir qədər çox...”, - Blajenov bildirib.