Yuxarı

Türkiyədə 2 minə yaxın şəxs saxlanılıb - Yerliqaya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə 2 minə yaxın şəxs saxlanılıb - Yerliqaya

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaqa etiraz olaraq keçirilən icazəsiz aksiyalarda bu günə kimi 1 879 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

Yerliqayanın sözlərinə görə, saxlanılanlardan 260-ı həbs olunub.

“Ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil. Heç bir təbliğat həqiqətin qarşısını ala bilməz. Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?” - Yerliqaya əlavə edib.

Qeyd edək ki, 19 martda korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamı ilə saxlanılan İBB başqanı Əkrəm İmamoğlu haqqında 23 martda məhkəmə həbs qərarı verib. Ə.İmamoğlunun mənsub olduğu CHP buna etiraz olaraq silsilə aksiyalar keçirir.

Tarix
2025.03.27 / 19:59
Müəllif
Aytac Araz
Digər xəbərlər

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla