Yuxarı

Misirdə turist batiskafı batdı - Dəhşətli kadrlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdə turist batiskafı batdı - Dəhşətli kadrlar

Misirin Hurqada şəhərində batiskafın batması ilə bağlı dəhşətli fakt ortaya çıxıb. Məlum olub ki, sualtı qayığın heyəti səfər öncəsi turistlərə üzməyi bacarmadıqlarını etiraf ediblər.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Turistlər bu açıqlamaya əvvəlcə inanmaqda çətinlik çəkiblər və bəziləri bunu yersiz zarafat kimi qəbul ediblər. Ancaq sağ qalanların sözlərinə görə, batiskaf sərnişinlər hələ tam şəkildə müşahidə bölməsinə enməmiş açıq lyuklarla suya dalmağa başlayıb.

Məlumata görə, moskvalı bir nənə və baba 7-8 yaşlı iki nəvəsi ilə birlikdə sualtı mərcan rifini seyr etmək üçün bilet alıblar. Lakin uşaqlar minməzdən əvvəl ayaqyoluna getdikləri üçün ailə bir qədər gecikib. Onlar göyərtəyə qalxdıqda orada hələ azı 5 nəfər olub. Bu zaman batiskaf gözlənilmədən suya dalmağa başlayıb.

"Nə baş verdiyini dərhal anladım, uşaqları körpüyə atdım və başqa bir kişi ilə birlikdə insanları xilas etməyə çalışdıq. Qayıq bir göz qırpımında suyun altına getdi", - sağ qalanlardan biri bildirib.

Faciədən sonra xilas olanlar üç saat ərzində polis tərəfindən sorğu-suala tutulublar. İlkin versiyalara əsasən, hadisə ya heyətin səhvi, yəni vaxtından əvvəl suya dalma, ya da gəminin texniki nasazlığı səbəbindən baş verib.

Qeyd edək ki, Misirdə içərisində rusiyalı turistlərin olduğu "Sindibad" turist batiskafı ekskursiya zamanı batıb. Faciə nəticəsində ikisi uşaq olmaqla altı nəfər həlak olub, yeddi yaralı hələ də xəstəxanadadır.

Tarix
2025.03.28 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla