Yuxarı

Kremlə “sürpriz”: İrəvanda NATO üçün silah istehsal olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlə “sürpriz”: İrəvanda NATO üçün silah istehsal olunacaq

Yanvarın 30-da Ermənistanın tüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan Hindistanın “Micron İnstruments” şirkətinin direktoru və sahibi Vikram Sanqali və GTB holdinqinin prezidenti Qriqor Ter-Qazaryanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Ermənistanda yeni sənaye istehsalının yaradılması üçün investisiya imkanları müzakirə olunub.

Axar.az xəbər verir ki, “Hraparak” görüşdə silah istehsalının yaradılmasının müzakirə edildiyini bildirib.

Nəşr yazıb ki, “Micron İnstruments” NATO ölkələri üçün iriçaplı artilleriya istehsal edir və Ermənistandakı yeni zavod ABŞ-ın himayəsi altında fəaliyyət göstərəcək:

“Bundan başqa, Qriqor Ter-Qazaryanın ABŞ səfiri ilə görüşü də məlum olub. Səfir Araratdakı “GTB Steel” zavodunda - erməni-amerikan investisiyaları əsasında yaradılmış metallurgiya zavodunda olub. Bu şirkət qabaqcıl texnologiyalardan və innovativ proseslərdən istifadə edir ki, bu da ABŞ-ın innovasiya və texnologiya sahəsində aparıcı rolunu təsdiqləyir. Mənbələrimizin məlumatına görə, dünən Qriqor Ter-Qazaryan Ermənistan Müdafiə Nazirliyinə də baş çəkib - şahidlər onun kortejini departamentin binası yaxınlığında görüblər.

Beləliklə, aydın olur ki, Ermənistan hakimiyyəti Ter-Qazaryanın şirkətinə NATO standartlarına cavab verən silahların istehsalını həvalə edib”.

Nəşr vurğulayıb ki, istehsal edilən silahların Avropa ölkələrinə tədarükü planlaşdırılır.

Qeyd edilir ki, bu addım Rusiya ilə münasibətlərdə ciddi narahatlıq yaradır.

Tarix
2025.03.28 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

Ərdoğanla Zelenskinin görüşü keçirildi

Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı

ABŞ-Azərbaycan işçi qrupuna o rəhbərlik edəcək

Hacıyev Rubionun müavini ilə görüşdü: İrəvanla əlaqələr...

Bayramov Rubionun müavini ilə görüşdü

Ərdoğandan Azərbaycan açıqlaması: Bunu etməsək...

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla