Yuxarı

Fransada genişmiqyaslı etiraz olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada genişmiqyaslı etiraz olacaq

Fransanın Milli Birlik Partiyasının sədri Jordan Bardella Marin Le Penin hökmü ilə əlaqədar bütün Fransada genişmiqyaslı etiraz aksiyaları keçirəcəyini vəd edib.

Axar.az xəbər verir ki, bu barədə Bardella “Cnews” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, fransızlar qəzəblənməlidir, biz bu həftə sonu nümayişlər təşkil edəcəyik, vərəqələr paylayacağıq”, - o bildirib.

Eyni zamanda o qeyd edib ki, xanım Le Penin işi üzrə hökm çıxaran hakimlərə ünvanlanan hər hansı təhdid və təhqir yolverilməzdir.

Qeyd edək ki, martın 31-də Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib. O, dörd il müddətinə ev dustaqlığına məhkum edilib, cəzanın iki ili şərti olub. Həmçinin Le Pen də 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirak edə bilməyəcək.

Tarix
2025.04.01 / 15:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla