Yuxarı

İrəvan 400 rusun qatilinə abidə qoydu – Rusiyadan etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda nasist cinayətkar Qareqin Njdenin xatirəsinə abidənin ucaldılmasına rusiyalı politoloqlar kəskin etirazlarını bildiriblər.

Axar.az xəbər verir ki, politoloqlar "Vestnik Kavkaz"a "Rusiyanın müttəfiqləri nasistləri necə qəhrəman edə bilər?" başlıqlı müraciət ünvanlayıblar.

Onlar müraciətdə bildiriblər ki, Rusiya televiziyaları, sayt və qəzetləri bu barədə bir kəlmə belə yazmayıb. Ekspertlər bu situasiyanın narahatedici olduğunu dilə gətiriblər:

"Rusiyanın düşmənləri müttəfiq ölkələrdə (Ermənistan – red.) qəhrəman kimi təqdim olunur. Bu, Ukraynada aparılan anti-Rusiya siyasətindən daha çox təəccüb doğurur".

Qeyd edək ki, erməni nasistin abidəsinin açılış mərasimi mayın 28-də baş tutub və Ermənistan Prezident Serj Sərkisyan da mərasimə qatılıb.

Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olub. 1902-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub və 1904-cü ildə təhsilini yarımçıq qoyaraq erməni millətçilərinə qoşulub. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alıb. Daşnaksütuna üzv olub və Njde ləqəbini alıb. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edib.

Erməni şahidlərinin ifadələrinə görə, 1920-ci ilin dekabr və 1921-ci ilin yanvar ayları ərzində Zəngəzurun Tatev dərəsində Njdenin rəhbərliyi altında Qızıl ordunun 400-dən çox rus əsgəri və kommunist güllələnib.

Ermənistanın SSRİ tərəfindən işğalından sonra o, Bolqarıstana qaçıb.

1933-cü ilin yayında ABŞ-a köçüb və "Seqakron" hərəkatını təsis edib (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılıb və faşist Almaniyası ilə əlaqələr yaradıb.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri olub. Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə SSRİ-yə qarşı vuruşub.

Sovet ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görərək özünə yeni müttəfiqlər axtarıb və sovet generalı Tobluxinə məktubla müraciət edib.

Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərib. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilərək məhkəmə qarşısına çıxarılıb. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinərək 25 il həbs cəzasına məhkum olunub.

Njde 21 dekabr 1955-ci ildə həbsxanada ölüb.

Tarix
2016.06.01 / 14:19
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla