Yuxarı

ASALA dirilir və Qarabağa... - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASALA dirilir və Qarabağa... - İddia

Ermənistanda Dağlıq Qarabağın işğalında iştirak etmiş "Şuşa batalyonu veteranları" ictimai təşkilatının sədri Jirayr Sefilyan Milli Müqavimət Komitəsi formalaşdırmağa başlayıb.

Publika.az erməni KİV-nə istinadən xəbər verir ki, keçmiş döyüşçülər Ermənistanın aprel müharibəsində məğlubiyyətindən və itkilər verməsindən sonra belə qərara gəliblər.

Milli Müqavimət Komitəsinə Kəşfiyyat Veteranları Birliyi də qoşulur.

Lakin erməni mediası ASALA-nın bu komitə adı altında yenidən dirçələcəyini yazıb.

Ermənilərin gizli milli azadlıq ordusu kimi təqdir etdiyi, lakin bütün dünyada terror təşkilatı olaraq tanınan ASALA-nın döyüşçüsü Alek Enigomsyan bildirib ki, itirilmiş əraziləri qaytarmaq üçün hərəkətə keçmək lazımdır: "Bu məsələdə döyüşçülər hərəkətə keçməli, siyasətçilər də onlara dəstək verməlidir. "Şuşa batalyonu veteranları" birliyinin fəaliyyəti xarici və daxili düşmənlərə qarşıdır. Buna dəstək verməliyik".

Qeyd edək ki, ASALA 1975-ci ildə yaradılıb. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürən ASALA lideri Akop Akopyan "Nyu York Tayms" qəzetinə verdiyi müsahibədə "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir" deməsi də onların açıq terrorla məşğul olduğunu sübut edir. Terror təşkilatı 1991-ci ildə rəsmən ləğv olunduğunu elan edib. Lakin onun gizli fəaliyyətinə dair məlumatlar zaman-zaman ortaya çıxıb.

Tarix
2016.06.01 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla