Yuxarı

Birqütblü və ya ikiqütblü dünya olmayacaq - Qurtulmuş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birqütblü və ya ikiqütblü dünya olmayacaq - Qurtulmuş

Bəşəriyyət bir çox güc mərkəzlərinin üstünlüyü ilə yeni dünya nizamına addım-addım yaxınlaşır. Birqütblü və ya ikiqütblü dünya olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Özbəkistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Onun fikrincə, Çin qlobal güc mərkəzlərindən birinə çevriləcək. Hindistan, Braziliya, Meksika və çəkisi artan Türkiyə də bu rola iddialıdır.

Numan Qurtulmuş deyib ki, mövcud beynəlxalq münasibətlər sistemi eskalasiya dövrlərinin qarşısını almaq iqtidarında deyil:

“Dünya birliyi dünya nizamının tələblərinin sadəcə bir kağız parçası olduğu bir vəziyyətə doğru yuvarlanır. Hər hansı bir məcburetmə mexanizmi yoxdur”.

O qeyd edib ki, gərginlik istəyən qüvvələrin arsenalında əvvəlkindən daha çox ölümcül silah var:

“Silahlanma yarışının aktiv mərhələsinə start verilib. Silahların yığılması prosesinin nə ilə nəticələndiyini proqnozlaşdırmaq mümkün deyil”.

TBMM sədri ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinin yükünü nə Vaşinqtonun, nə də NATO-nun üzərinə götürəyəcəyi ilə bağlı açıqlamalarına diqqət çəkib: “Bununla da Avropa bərabərləşdirmədən kənarda qalacaq”.

Türkiyə parlamentinin sədri vurğulayıb ki, vəziyyətdən çıxış yolu dialoq və diplomatiya ilə ən çətin məsələləri belə həll etməyə qarşılıqlı hazırlığın nümayiş etdirilməsidir:

“Türkiyə əvvəldən hər kəsi bu yanaşmaya çağırır. Böhran və gərginlik dövründə Ankaranın tezislərinin əhəmiyyəti artır”.

Tarix
2025.04.06 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla