Yuxarı

İmamoğlunun həbsi: Türkiyə neçə milyard itirdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun həbsi: Türkiyə neçə milyard itirdi?

Türkiyə Mərkəzi Bankının ehtiyatları martın 19-da İstanbul meri Əkrəm İmamoğlunun saxlanıldığı vaxtdan bəri 68,2 milyard dollardan 33,5 milyard dollara düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan daha əvvəl vurğulayıb ki, İstanbul bələdiyyə sədri korrupsiya və terrorçularla əlaqədə ittiham edilərək həbs edildikdən sonra türk lirəsini sabitləşdirmək üçün üç gün ərzində bazar müdaxiləsi zamanı 25 milyard dollar satılıb. Martın 19-da Türkiyənin milli valyutası 11%-dən çox ucuzlaşıb və İstanbul birjasında ticarət bir neçə dəfə dayandırılıb.

Nəşr qeyd edib ki, bazarlarda yaranan vəziyyət Türkiyə hakimiyyətinin inflyasiyanı ilin sonuna kimi 24%-ə endirmək səylərini puça çıxara bilər.

Maliyyə bazarlarındakı dalğalanmaları şərh edən Türkiyənin maliyyə naziri Mehmet Şimşək bunların uzunmüddətli effekt verməyəcəyini deyib:

“Aydındır ki, inflyasiya azalır və bundan sonra da azalacaq. Son iğtişaşların uzunmüddətli nəticələri olacağını düşünmürəm. Lirənin dollara nisbətdə təxminən 3-3,5% ucuzlaşması apreldə məhdud təsir göstərə bilər, lakin orta müddətli - bir il və ondan sonrakı dövrə nəzər salsaq, bu, inflyasiyanın azalmasına gətirib çıxaracaq. Qarşımızda 2027-ci ilə qədər inflyasiyanı birrəqəmli səviyyəyə endirmək hədəfimiz var”.

Tarix
2025.04.07 / 16:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla