Vaşinqton Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dayandırmağa çalışır və irəliləyiş əldə edir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
“Biz bu müharibəni dayandırmağa çalışırıq. Hər həftə 2500-dən çox gənc həyatını itirir. Həm ruslar, həm də ukraynalılar. Onlar amerikalı deyil, amma insandırlar. Biz bunu dayandırmağa çalışırıq”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp ümid etdiyini bildirib ki, yaxın zamanda Ukraynadakı döyüş əməliyyatlarına son qoymaq mümkün olacaq:
“Bu çox mənasız və dəhşətlidir. Əgər mən prezident olsaydım, bu heç vaxt baş verməzdi. Amma bu baş verdi və bizə bu kart verildi. Məncə, biz bunu dayandıracağıq. Hərəkətə keçməliyik. Bunu etməliyik. Daha sürətli irəliləməliyik. Girovlarla bağlı da (2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu zamanı ələ keçirilən girovlar – red.) irəliləyişimiz var”.