Yuxarı

Yer Günü ilə bağlı festival keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Axar.az xəbər verir ki, festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə baş tutacaq.

Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir.

Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə edə biləcəklər.

Festivalda həmçinin maarifləndirici master-klaslar təşkil olunacaq. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edəcək, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak edə biləcəklər.

Qeyd edək ki, Yer Günü hər il 22 aprel tarixində dünyanın müxtəlif ölkələrində qeyd olunur və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaqdır.

Tarix
2025.04.18 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla