Yuxarı

Ukraynada atəşkəs razılaşmasının – Sensasion detalları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada atəşkəs razılaşmasının – Sensasion detalları

Şayiələrin fonunda Ukrayna ilə Rusiya arasında mümkün atəşkəs razılaşmasının əsas konturlarının artıq bu həftə ərzində razılaşdırıla biləcəyi barədə məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov mümkün razılaşmanın əsas müddəaları ilə bağlı fikirlərini yazıb:

1. Otuz (30) günlük atəşkəs və onun uzadılması imkanı. Bu müddət ərzində tam sülh sazişi üzrə danışıqlar aparılacaq;

2. Döyüş əməliyyatları təmas xətti üzrə dayandırılır. Heç bir tərəf heç bir ərazini təhvil vermir;

3. Ukraynanın neytrallığı. Amma bu, razılaşma əsasında deyil, bütün tərəflərin bəyanatı kimi təqdim olunacaq. Təxminən 15 illik müddət üçün;

4. Ukrayna ordusunun həcmi ilə bağlı heç bir məhdudiyyət qoyulmur;

5. Demilitarizasiya zonası yaradılır. Bu səbəbdən həm Ukrayna, həm də Rusiya ordusunun yerləşdirilməsi ilə bağlı məhdudiyyətlər olacaq;

6. ABŞ Ukraynaya silah tədarükünü azaldır;

7. Avropa Ukraynaya hərbi yardımı davam etdirir;

8. Atəşkəsdən sonra Avropa ölkələrinin qoşunlarının Ukraynaya daxil olmasına heç bir məhdudiyyət qoyulmur;

9. Ukraynada rus dilinin hüquqlarına gələcəkdə hörmət ediləcəyi ilə bağlı bəyanatlar verilir;

10. Ukrayna və Avropa 5 regionu işğal olunmuş kimi tanıyır, lakin bu əraziləri hərbi yolla geri almaqdan imtina edirlər;

11. Rusiyaya qarşı sanksiyalar qismən aradan qaldırılır;

12. ABŞ Krımı Rusiya ərazisi kimi tanıyır. Lakin digər 4 regionu tanımır;

13. Neytral ölkələrdən sülhməramlıların yeridilməsi ilə bağlı danışıqlara başlanılır.

Tarix
2025.04.23 / 10:28
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla