Yuxarı

Pezeşkian Hindistan və Pakistanın baş nazirləri ilə danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Hindistan və Pakistanın baş nazirləri ilə danışdı

İran Prezidenti Məsud Pezeşkian Hindistan və Pakistanın baş nazirləri Narendra Modi və Şahbaz Şərif ilə danışıqlar aparıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Pezeşkian Hindistanda törədilən terror aktı ilə bağlı ölkənin hökuməti və xalqına başsağlığı verib.

O, Hindistanın prezidenti ilə danışığında terror aktını qətiyyətlə pisləyib.

Pezeşkian həmçinin terrorizmlə mübarizədə birliyin gücləndirilməsi üçün region ölkələri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

İran prezidenti Pakistanın Baş naziri Şahbaz Şərifə bildirib ki, İran Pakistan və Hindistan arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək etməyə hazırdır.

“İran İslam Respublikası kimi biz də regionda sülh, sabitlik və uzunmüddətli təhlükəsizliyə böyük əhəmiyyət veririk”, - Pakistanın baş naziri bəyan edib.

“Son terror hadisələri terror bəlasına qarşı mübarizə aparmaq və terrorçu qrupların maliyyə və silah infrastrukturunu məhv etmək üçün genişləndirilmiş regional əməkdaşlığa ehtiyacı ikiqat artırır. Biz bütün səylərimizi regionda sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olmasına yönəltməliyik", - İran prezidenti həmsöhbətlərinə deyib.

Qeyd edək ki, İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub. Nəticədə xeyli sayda insan həlak olub və yaralanıb.

Tarix
2025.04.27 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla