Yuxarı

İrəvana qaçan separatçılar özlərinə “lider” seçir - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana qaçan separatçılar özlərinə “lider” seçir - Detallar

Qarabağdan Ermənistan qaçan və hələ də İrəvanda fəaliyyət göstərməyə cəhd edən keçmiş separatçı rejimin qalıqları özlərinə yeni “lider” seçməyə hazırlaşır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, keçmiş separatçı rejimin sonuncu “başçısı" Samvel Şahramanyanın “səlahiyyət müddəti” başa çatır.

Separatçıların qalıqları qondarma “prezident seçkilərini” keçirə bilmədiyi üçün “parlamentləri” yeni “prezident” seçəcək. Şahramanyanın istefasından 7 gün sonra “namizədlər” irəli sürülməlidir. Şahramanyanın özü yenidən “başçı” olmağa tərəddüd edir.

“Hraparak” nəşri yazır ki, separatçılar arasında Samvel Babayanın “namizədliyini” irəli sürmək təklifləri olsa da, o da “başçı” olmaq istəmir.

“Yeni fiqurun adı hallanır. Söhbət (keçmiş qondarma rejimdə) “ərazi idarəetmə və infrastruktur naziri” olmuş Hayk Xanumyandan gedir”, - nəşr yazır.

H.Xanumyan 1984-cü ildə İcevan (tarixi adı Karvansaray) rayonunda doğulub. İşğal dövründə Qarabağda fəaliyyət göstərmiş separatçıların “liderləri” əsasən SSRİ vaxtı bu bölgədə doğulanlar idi. Bu baxımdan, icevanlının separatçılara “liderlik” etməsi diqqət çəkir. Digər diqqətçəkən məqam isə Xanumyanın Paşinyanın yerlisi – erməni baş nazir də İcevanda doğulub – olmasıdır.

Tarix
2025.04.29 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla